Video əlavə olunub
***16:19
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Report"a verilən məlumata görə, BPİ əməkdaşlarının xüsusi karantin rejimin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədi ilə keçirdikləri reyd zamanı bir neçə obyektin işçilərinin xüsusi icazəsinin olmaması, gigiyenik vasitələrdən o cümlədən tibbi maskalardan və əlcəklərdən istifadə etməməsi aşkarlanıb.
Bundan başqa, reyd zamanı Sərxan Hüseynova məxsus obyektin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozması da aşkar olunub.
Aşkar olunan faktlar barədə qanunamüvafiq tədbirlər görülüb.