Göygöldə kafelərdən birində kütləvi dava baş verib, xəsarət alanlar var
Hadisə
- 16 iyun, 2017
- 15:19
Göygöl. 16 iyun. REPORT.AZ/ Göygöl rayonunda kütləvi dava baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Gəncə-Şəmkir şossesində, Gəncə Beynəlxalq Hava Limanının yaxınlığında kafelərdən birində qeydə alınıb.
Belə ki, Bakıdan Şəmkirə gedən iki nəfər - 1982-ci il təvəllüdlü Yusif Ələkbər oğlu Rəhimov və onun dostu, 1983-cü il təvəllüdlü Zülfüqar Abbas oğlu Əliyevlə kafedəki naməlum şəxslər arasında mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə onların hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyəti ağır olaraq qiymətləndirilir.
Onların hər ikisi Şəmkir rayon sakinidir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:17
Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər
Digər09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.09.2026)
Maliyyə09:00
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək
Fərdi08:54
Cənubi Koreya Prezidenti İranla münaqişədə iştirak üçün qoşun göndərməyi istisna edib
Digər ölkələr08:45
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Hadisə08:40
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (18.09.2026)
Maliyyə08:14
Foto
Bakıda 18 istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:09
Kubanın XİN başçısı: Rubionun kubalıları iradəsinə tabe etmək cəhdi uğursuzluğa məhkumdur
Digər ölkələr07:41