Gəncədə inək 41 yaşlı kişiyə ağır xəsarət yetirib

Gəncədə inək 41 yaşlı kişiyə ağır xəsarət yetirib Gəncə şəhərində inəyin vurduğu kişi ağır xəsarət alıb.
Hadisə
19 Oktyabr , 2019 19:58
Gəncədə inək 41 yaşlı kişiyə ağır xəsarət yetirib

Gəncə şəhərində inəyin vurduğu kişi ağır xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb. 

Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Şəmsəddin Əliyevi iri buynuzu heyvan vurub. Nəticədə ağır xəsarət alan kişi yaxınlarının köməyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi