Gəncədə iki yaşlı körpə yuyucu maddədən zəhərlənib

Hadisə
  • 19 oktyabr, 2019
  • 06:29
Gəncədə iki yaşlı körpə yuyucu maddədən zəhərlənib
xəstəxana

Gəncədə iki yaşlı körpə yuyucu maddə içərək zəhərlənib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 2017-ci il təvəllüdlü Yüsif Verdiyev xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.