Gəncədə iki maşın toqquşub, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB
- 05 yanvar, 2019
- 21:11
Gəncə. 6 yanvar. REPORT.AZ/ Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə zamanı daha 2 nəfər yaralı halda Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan, "VAZ-21011" markalı avtomobilin sürücüsünün vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.
Digər yaralı, "VAZ-2107" markalı avtomobilin sürücüsü olduğu bildirilən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Ceyhun Alıyevin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 23:49
Gəncə. 5 yanvar. REPORT.AZ/ Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə idarəetmədən çıxıb və qarşı tərəfdən gələn "VAZ-21011" markalı avtomobillə toqquşub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Ağır bədən xəsarətləri alan bir nəfər təcili yardım maşını ilə Gəncə şəhər Abbas Səhət adına 1 saylı Xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.
Daha əvvəl Bərdə rayonunda 3 avtomobilin toqquşması, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.