Gəncədə iki avtomobil toqquşub, sürücülər xəsarət alıb

Gəncədə iki avtomobil toqquşub, sürücülər xəsarət alıb Gəncə. 19 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
19 Sentyabr , 2018 22:21
Gəncədə iki avtomobil toqquşub, sürücülər xəsarət alıb
Foto: Report.az

Gəncə. 19 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev parkının yaxınlığında baş vermiş avtomobil qəzası zamanı hər iki sürücü xəsarət alıb.

Onlardan birinə ambulator yardım göstərilib. Digər sürücü, Gədəbəy rayon sakini, 68 yaşlı Səfdər Bağırov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi