Gəncədə içərisində sürücü olan avtomobil yanıb
Hadisə
- 07 fevral, 2017
- 16:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə. 7 fevral. REPORT.AZ/ Gəncə şəhərində içərisində sürücüsü olan avtomobil qəflətən alışıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, bu gün axşam saatlarında şəhərin Süleyman Rəhimov küçəsində hərəkətdə olan "OKA" markalı avtomobil qəflətən alışıb. Sürücü Gəncə şəhər sakini, 1994-cu il təvəllüdlü Quliyev Rəşad Əsmir oğlu alışan avtomobili zamanında tərk etdiyi üçün xəsarət almayıb. Hadisə yerinə gələn bir yanğınsöndürən maşın yanğını söndürsə də, avtomobil tamamilə yanıb.
Yanğın baş vermə səbəbləri araşdırılır.
Son xəbərlər
17:37
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsini ziyarət ediblər
Xarici siyasət
17:27
Foto
İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib
Daxili siyasət
17:24
Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub
Komanda
17:14
Foto
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər
Xarici siyasət
17:01
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Qarabağ
16:55
Premyer Liqa: "Sumqayıt" "Zəfər turu"nda "İmişli" ilə heç-heçə edib
Futbol
16:52
Foto
Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub
Daxili siyasət
16:50
Foto
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib
Sosial müdafiə
16:46
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Region