Gəncədə gənc oğlan intihar edib

Hadisə
  • 08 iyul, 2020
  • 18:23
Gəncədə gənc oğlan intihar edib

Gəncə şəhərində intihar hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. 

Həmin qəsəbədə yaşayan 1995-ci il təvəllüdlü Eşqin İsgəndərov özünü asaraq intihar edib. İntiharın səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.