Gəncədə fərdi yaşayış evində yanğın baş verib

Gəncədə fərdi yaşayış evində yanğın baş verib Yanğın zamanı xəsarət alan olmyıb
Hadisə
31 Oktyabr , 2016 20:31
Gəncədə fərdi yaşayış evində yanğın baş verib

Gəncə. 31 oktyabr. REPORT.AZ/ Axşam saatlarında Gəncə şəhərində fərdi yaşayış evində yanğın baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Nəsirəddin Tusi küçəsində yaşayan Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Əliyev Rafiq İdris oğluna məxsus evdə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını cəlb olunub. Ümumi sahəsi 140 kvadratmetr olan bir mərtəbəli və 3 otaqdan ibarət evin dam örtüyündə yaranmış yanğın söndürülüb. Yanğın zamanı xəsarət alan olmyıb.

İlkin ehtimallara görə, yanğına elektrik xəttində yaranmış qısaqapanma səbəb olub. Yanğının dəqiq baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi