Gəncədə fəhlə bədbəxt hadisə nəticəsində ölüb - YENİLƏNİB

Gəncədə fəhlə bədbəxt hadisə nəticəsində ölüb - YENİLƏNİB Gəncədəki hadisənin baş vermə səbəbləri məlum olub.
Hadisə
2 Aprel , 2019 21:37
Gəncədə fəhlə bədbəxt hadisə nəticəsində ölüb - YENİLƏNİB

Gəncədəki hadisənin baş vermə səbəbləri məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, İlham İsgəndərov həmin ərazidə olan Gəncə çayında "ZİL" markalı yük maşınına daş yığan zaman qəflətən torpaq uçub və xırda daş və torpaq kütləsinin altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.


20:36

Gəncə şəhərində fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Comərt Qəssab türbəsinin yaxınlığında baş verib.

Belə ki, tikinti aparılan ərazidə 1969-cu il təvəllüdlü İlham Rza oğlu İsgəndərov dağıntı altında qalaraq ölüb.

Meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi