Gəncədə evlərdən oğurluq edən şəxslər tutuldu - VİDEO - YENİLƏNİB
- 09 may, 2020
- 09:47
Gəncə Şəhər Baş Polis İdarəsinin (GŞBPİ) və tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının 1-də şəhər ərazisində 4 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, 25 yaşlı Vüsal Qasımov yaşadığı küçədə, 4 fərdi yaşayış evinin pəncərəsindən daxil olaraq ümumilikdə 5 900 ABŞ dolları, 11 000 rus rublu, 5 000 manat nağd pul, 3 000 ABŞ dolları dəyərində qızıl qolbaq, 1 ədəd 1 800 manat dəyərində televizor, hər birinin dəyəri 500 manat olan 2 ədəd qol saatı, 1 ədəd 250 manat dəyərində ütü və dəyəri 300 manat olan 1 ədəd yataq dəstinin örtüyünü oğurlayıb.
Bundan başqa, polis əməkdaşları V.Qasımovun şəhər ərazisindən daha 2 fərdi yaşayış evindən spirtli içkilər və məişət əşyalarını oğurlamasını müəyyən edib.
GŞBPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində baş verən daha bir oğurluq hadisəsini törədən şəxsin kimliyi müəyyən edilib.
Belə ki, mayın 5-də şəhər sakininə məxsus mənzilə gizli yolla daxil olaraq oradan 800 manat dəyərində televizoru oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Həsənov maddi sübutla birlikdə saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
***12:02
Gəncə şəhərində evlərdən oğurluq edən şəxs tutulub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 4 evdən ümumilikdə 5 900 ABŞ dolları, 5 000 manat, 11 000 rubl, 5 000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini V.Qasımov saxlanılıb.