Gəncədə evdən və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Hadisə
  • 24 noyabr, 2018
  • 08:10
Gəncədə evdən və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Gəncə. 24 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində silsilə oğurluq edən şəxs saxlanılıb.

"Report"un Qərb bürosu xəbər verir ki, Kəpəz (Gəncə) rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin sentyabr-oktyabr ayları ərzində Gəncə şəhəri ərazisində bir evdən 90 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyasını, dörd avtomobildən pul, maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Əli Əzizov saxlanılıb.

Faktla bağlı araşdrıma aparılır.