Gəncədə evdən 31 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxslərdən daha biri saxlanılıb

Hadisə
  • 21 may, 2018
  • 12:01
Gəncədə evdən 31 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxslərdən daha biri saxlanılıb

Bakı. 21 may. REPORT.AZ/ Gəncədə evdən 31 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “102 - Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və mayın 17-də evdəki seyfdən qapını sındırmaq yolu ilə 31 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

DİN-in Baş Cinayət Axtarışı, Gəncə Şəhər Baş Polis və Kəpəz Rayon Polis idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Nofəl Məhərrəmov və M.Məhərrəmova olduqları məlum olub.

Oğurlanmış qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.