Gəncə. 27 yanvar.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Cavad xan qəsəbəsində baş verib.
Belə ki, Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Bayraməli İbrahim oğlu Abbasova məxus ümumi sahəsi 322 kvadratmetr olan 2 mərtəbəli, 8 otaqlı evin tavan hissəsində yaranmış yanğın qisa bir zamanda bütün evi əhatə edib.
Hadisə yerinə 8 yanğınsöndürən maşın cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmasada evin tavan hissəsi tam, ikinci mərtəbəsi isə qismən yanıb. Evin qalan hissəsi və ev əşyaları yanğından mühafizə edilib.
Yanğının hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı araşdırmalara başlanılıb.