Gəncədə ər və arvad avtomobil qəzasına düşüb
Hadisə
- 15 yanvar, 2017
- 19:54
Gəncə. 15 yanvar. REPORT.AZ/ Gəncə şəhərində ər və arvad avtomobil qəzasına düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Həsən bəy Zərdabi küçəsində qeydə alınıb.
Qəza hərəkətdə olan "Opel" markalı avtomobili yolun sağından yüksək sürətlə keçən avtomaşının vurması nəticəsində baş verib. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Nəticədə "Opel"dəki Bəxtiyar adlı sürücü, onun həyat yoldaşı və qaynı müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Həkimlər tərəfindən tibbi yardım alan hər üç yaralının vəziyyəti orta-ağırdır.
Hadisə yerindən qaçan avtomaşının sürücüsünün müəyyən edilməsi istiqamətində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.
Son xəbərlər
20:28
Cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib
Fərdi20:27
Rusiyanın Dnepropetrovsk vilayətinə zərbələri nəticəsində 4 nəfər ölüb
Digər ölkələr20:15
"Formula 1": "Red Bull" pilotu İzak Hadjar İtaliya Qran-prisini buraxacaq
Formula 120:11
Rubio: Ukraynaya "Patriot" üçün lisenziyaların verilməsi müzakirə olunur
Digər ölkələr20:06
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb
Digər ölkələr20:00
Bəqai CENTCOM-un Sirikə hücumla bağlı bəyanatına etiraz edib
Region19:52
Azərbaycanlı avarçəkən Nurlan Paşayev Avropa çempionatında iştirak edəcək
Fərdi19:51
ABŞ Prezidenti Hörmüz boğazını "Tramp boğazı" adlandırmaq istəyir
Digər ölkələr19:36