Gəncədə döyülən gənc xəstəxanada ölüb - YENİLƏNİB

Gəncədə döyülən gənc xəstəxanada ölüb - YENİLƏNİB Faktla bağlı cinayət işi açılıb
Hadisə
1 Avqust , 2018 16:26
Gəncədə döyülən gənc xəstəxanada ölüb - YENİLƏNİB

Gəncə. 1 avqust. REPORT.AZ/ Gəncədə küçədə döyülərək ağır xəsarət alan şəxs xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, bir neçə gün öncə Məhsəti qəsəbə sakini, 1994-cü il təvəllüdlü Kamran Yüsifov hələki bilinməyən səbəbdən tanımadığı şəxs tərəfindən küçədə döyülərək ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdiyi köməkliyə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 


***19:43

Gəncə. 30 iyul. REPORT.AZ/ Gəncə şəhərində döyülmə faktı qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Məhsəti qəsəbəsinin sakini, 1994-cü il təvəllüdlü Kamran Yüsifov hələlik bilinməyən səbəbdən tanımadığı şəxs tərəfindən küçədə döyülüb. Ağır xəsarətlər alan şəxs Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi