Gəncədə bıçaqlanma hadisəsi olub

Hadisə
  • 28 iyul, 2018
  • 17:38
Gəncədə bıçaqlanma hadisəsi olub

Gəncə. 28 iyul. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1991-ci il təvəllüdlü Nizaməddin Məmmədov mübahisə zəminində qaynı tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.