Gəncədə avtoxuliqanlıq edən sürücülər həbs ediliblər

Gəncədə avtoxuliqanlıq edən sürücülər həbs ediliblər Gəncə şəhərində avtoxuliqanlıq edən sürücülər saxlanılıblar.
Hadisə
31 İyul , 2024 08:17
Gəncədə avtoxuliqanlıq edən sürücülər həbs ediliblər

Gəncə şəhərində avtoxuliqanlıq edən sürücülər saxlanılıblar.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Gəncə şəhər sakinləri Cahad Əlizadə, Fərid Quliyev, Zaur Cabbarzadə və Elvin Qasımovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub.

“Mercedes”, “BMW” və “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Z. Cabbarzadə və E.Qasımov 15 sutka inzibati qaydada həbs edilib, digər sürücülər barəsində isə digər tənbeh tədbirləri seçilib.

Son xəbərlər

Orphus sistemi