Gəncədə avtomobil qoca qadını ərinin gözləri qarşısında vuraraq öldürüb - YENİLƏNİB

Gəncədə avtomobil qoca qadını ərinin gözləri qarşısında vuraraq öldürüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Sentyabr , 2017 13:29
Gəncədə avtomobil qoca qadını ərinin gözləri qarşısında vuraraq öldürüb - YENİLƏNİB
Report

Gəncə. 25 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən qoca qadının kimliyi məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, Samux rayon sakini, 1940-cı il təvəllüdlü Kübra Yusif qızı Bayramova həyat yoldaşı ilə birlikdəı Gəncə şəhərinə gedərkən yüksək sürətlə hərəkətdə olan yük maşınının altında qalıb. 

Qeyd edək ki, hadisə qadının ərinin gözləri qarşısında baş verib.


***13:02

Gəncə. 25 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Samux magistralında qeydə alınıb. 

Yüksək sürətlə hərəkətdə olan yük maşını hələlik adı məlum olmayan qoca qadını vurub. Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılıb. Yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi