Gəncədə avtomobil oğurlayan şəxs postda saxlanıldı

Hadisə
  • 01 may, 2020
  • 08:22
Gəncədə avtomobil oğurlayan şəxs postda saxlanıldı

Gəncədə avtomobil oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, aprelin 30-u saat 3 radələrində Gəncə-Yevlax yolunda “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar qurulan postda Goranboy rayon sakini Q.İmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Araşdırmalarla qeyd edilən avtomobilin Gəncə şəhər sakini E.Nəbiyevə məxsus olması və Q.İmanov tərəfindən qaçırılması müəyyən edilib və o, saxlanılıb.