Gəncədə avtomobil iki piyadanı vuraraq xəsarət yetirib

Gəncədə avtomobil iki piyadanı vuraraq xəsarət yetirib Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
217
3 Avqust , 2021 21:02
Gəncədə avtomobil iki piyadanı vuraraq xəsarət yetirib

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yaşayış evinin qarşısında dayanan iki nəfəri - 1991-ci il təvəllüdlü Əliyev Məksudu və 1947-ci il təvəllüdlü Qocayeva Reyhanı vurub. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı sürücü, 1995-ci il təvəllüdlü Əsədov Anar da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi