Gəncədə aptekdən oğurluq olub

Hadisə
  • 29 aprel, 2019
  • 07:35
Gəncədə aptekdən oğurluq olub

Gəncə şəhərində aptekdən oğurluq olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, şəhərin "Poçt qəsəbəsi" adlanan ərazidə yerləşən apteklərin birində qeydə alınıb. 

Gecə saatlarında naməlum şəxs və ya şəxslər aptekə daxil olaraq oğurluq ediblər.

Dəymiş ziyanla bağlı hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.