Gəncədə ağır yol qəzası olub, ata və oğul xəsarət alıb - YENİLƏNİB - FOTO

Gəncədə ağır yol qəzası olub, ata və oğul xəsarət alıb - YENİLƏNİB - FOTO Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
27 Oktyabr , 2017 18:26
Gəncədə ağır yol qəzası olub, ata və oğul xəsarət alıb - YENİLƏNİB - FOTO
Report

Gəncə. 27 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində yol qəzasında xəsarət alan ata və oğulun adaları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində xəsarət alan 56 yaşlı Hümbətov Vidadi Qərib oğlu və 14 yaşlı Hümbətov Ümid Vidadi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirlib. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. 


***16:54

Gəncə. 27 sentyabr. REPORT.AZ/ Gəncədə avtomobil qəzası baş verib, xəsarət alan var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Nizami rayonu, Sadılı qəsəbəsi ərazisində baş verib. Qəza nəticəsində iki nəfər ata və azyaşlı oğlunun xəsarət aldığı bildirilib. 

Hadisə yerinə təcili tibbi yardım maşınları və YPX əməkdaşları cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi