Gəncədə yol qəzası nəticəsində bir ailənin 6 üzvü xəsarət alıb - FOTO
Hadisə
- 02 iyul, 2017
- 09:05
Gəncə. 2 iyul. REPORT.AZ/ Gəncə şəhərinin Nizami Gəncəvi prospektində 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, qəza zamanı 1977-ci il təvəllüdlü Əliyev Anar Mirnovruz oğlunun sükanı arxasında olduğu "20-DB-687" dövlət qeydiyyat nişanlı "Chevrolet Cruze" markalı minik maşını idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.
Nəticədə Gəncə sakinləri olan bir ailənin 6 üzvü – sürücü Anar Əliyev, onun 1957-ci il təvəllüdlü anası Nazilə Əliyeva, 1982-ci il təvəllüdlü həyat yoldaşı Sevinc Əliyeva, həmçinin 2005-ci il təvəllüdlü qızı Əlizadə Nuranə, eləcə də adları hələ ki, məlum olmayan 1 və 6 yaşlı daha iki qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
06:21
Kolumbiya zəlzələnin fəsadları səbəbindən qəhvə ixracını dayandırıb
Digər ölkələr05:44
Husilər Səudiyyə Ərəbistanı qüvvələrinin mövqelərinə zərbə endirib
Digər ölkələr05:14
Kolumbiyada zəlzələdən sonra beş hava limanı fəaliyyətini bərpa edib
Digər ölkələr04:35
KXDR-in atdığı raket Yaponiyanın xüsusi iqtisadi zonasının ətrafına düşüb
Digər ölkələr04:08
Rusiyanın ən böyük neft-kimya kompleksi dron hücumuna görə fəaliyyətini dayandırıb
Region03:54
Maltada Etna vulkanının kül buluduna görə onlarla aviareys ləğv edilib
Digər ölkələr03:21
Bab əl-Məndəb boğazında gəmiyə zərbə nəticəsində ölənlərin sayı altıya çatıb – YENİLƏNİB
Digər ölkələr02:46
Video
Kolumbiyada zəlzələ qurbanlarının sayı 234 nəfərə çatıb - YENİLƏNİB-12
Digər ölkələr02:18