Gəncədə 74 yaşlı piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

Hadisə
  • 30 iyun, 2018
  • 04:57
Gəncədə 74 yaşlı piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

Gəncə. 30 iyun. REPORT.AZ/ Gəncə şəhərində piyadanı avtomobillə vurub öldürən sürücü saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1994-cu il təvəllüdlü Gəncə sakini, Əsədov Kamran Şakir oğlu idarə etdiyi "Mercedes C200" markalı avtomobillə yolu keçən piyada, 1944-cü il təvəllüdlü Vidadi Quliyevi vurub. 

Nəticədə V. Quliyev aldığı xəsarətdən ölüb. Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə