Yuxarı

Gəncədə 57 yaşlı qadını maşın vurub

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir

Gəncə. 22 fevral. REPORT.AZ/ Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1962-ci il təvəllüdlü Gülşən Ənvər qızı Rəhimova şəhərin Heydər Əliyev prospektində yolu qarşı tərəfə keçmək istəyən zaman "VAZ-2107" markalı avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi