Gəncədə 49 yaşlı qadını avtomobil vurub

Gəncədə 49 yaşlı qadını avtomobil vurub Gəncə. 6 fevral. REPORT.AZ/ Gəncə şəhərində piyadanı avtomobil vurub.
Hadisə
6 Fevral , 2019 20:55
Gəncədə 49 yaşlı qadını avtomobil vurub

Gəncə. 6 fevral. REPORT.AZ/ Gəncə şəhərində piyadanı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1970-ci il təvəllüdlü Səfurə Bahadur qızı Atakişiyevanı yolu keçmək istəyərkən avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi