​Gəncədə 49 yaşlı kişi özünü asaraq intihar edib

​Gəncədə 49 yaşlı kişi özünü asaraq intihar edib Arzuman Məmmədovun meyiti çardaqda asılmış vəziyyətdə aşkar edilib
Hadisə
1 Fevral , 2015 06:47
​Gəncədə 49 yaşlı kişi özünü asaraq intihar edib

Bakı. 1 fevral. REPORT.AZ/ Gecə saatlarında Gəncə şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən (FHN) xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər fərdi yaşayış evinin hasarından həyətə daxil olub və əraziyə baxış keçirərkən 1966-cı il təvəllüdlü Arzuman Abuzər oğlu Məmmədovun çardaqda asılmış meyitini aşkarlayıblar. Xilasedicilər A.Məmmədovun asılmış halda olan meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi