Gəncədə yol qəzası zamanı xəsarət alan 4 nəfərin adı məlum olub - YENİLƏNİB - SİYAHI

Hadisə
  • 04 may, 2017
  • 05:54
Gəncədə yol qəzası zamanı xəsarət alan 4 nəfərin adı məlum olub - YENİLƏNİB - SİYAHI
Report.az

Gəncə. 4 may. REPORT.AZ/ Gəncə şəhərində baş verən ağır qəzada yaralananların adı məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Amin Nüsrət oğlu Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü İsa Əli oğlu Verdiyevin idarə etdiyi "VAZ-21011" markalı avtomobillə toqquşub. 

Nəticədə dörd nəfər ağır yaralanıb.

Yaralılar:

Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü İsa Əli oğlu Verdiyev;
Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Amin Nüsrət oğlu Əliyev;
Daşkəsən rayon sakini, 1979-cu il təvəllüdlü İlqar Məhəmməd oğluVerdiyev;
Daşkəsən rayon sakini, 1978-ci il təvəllüdlü Qorxmaz Xasməmməd oğlu Salmanovdur.

***09:26

Gəncə. 4 may. REPORT.AZ/ Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" markalı avtomobilə "VAZ -21011" markalı avtomobilin toqquşması nəticəsində dörd nəfər yaralanıb. Onlardan üçü Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına digərinin vəziyyəti ağır olduğundan Gəncədəki özəl xəstəxanaların birinə aparılıb. 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

44 - Tezliklə