Gəncədə 4 avtomobil toqquşub

Gəncədə 4 avtomobil toqquşub Gəncə. 4 may. REPORT.AZ/ Gəncə şəhərində zəncirvari yol qəzası baş verib.
Hadisə
4 May , 2018 14:39
Gəncədə 4 avtomobil toqquşub
Report

Gəncə. 4 may. REPORT.AZ/ Gəncə şəhərində zəncirvari yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, işıqforun qırmızı işığından keçən "Nissan" markalı avtomobil "Niva" markalı avtomobillə toqquşub. Bu zaman daha iki avtomobil, "Mercedes" və "VAZ-21011" markalı avtomobillər də həmin maşınlara çırpılıb. Qəza nəticəsində ciddi xəsarət alan olmasa da, hər 4 avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi