Gəncədə 32 yaşlı kişi bıçaqlandı

Hadisə
  • 22 mart, 2020
  • 18:06
Gəncədə 32 yaşlı kişi bıçaqlandı

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Rübail Nəbiyev döş qəfəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Onu bıçaqlayan şəxsin kimliyi məlum olmasa da, hadisənin mübahisə zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

44 filmi