Gəncədə 31 yaşlı qadını avtomobil vurub

Hadisə
  • 12 noyabr, 2019
  • 09:42
Gəncədə 31 yaşlı qadını avtomobil vurub

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Bağbanlar qəsəbəsində yolu qarşı tərəfə keçmək istəyən, 31 yaşlı Vüsalə Cəfərovanı avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi