Gəncədə 30 yaşlı dərzi özünü asaraq intihar edib - YENİLƏNİB
- 08 may, 2019
- 06:27
Gəncə şəhərində 30 yaşlı dərzi özünü asaraq intihar edib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Sərxan Nadir oğlu İsmayılov özünü yaşadığı evdə asaraq intihar edib. Şəhərdə dərzi işləyən gəncin özünü hansı səbəbdən asdığı dəqiq bilinməsə də onun bir müddət öncə ailəsindən ayrıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 09:21
Gəncə şəhərində intihar hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan şəhər sakini özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonu şöbəsinə yerləşdirilib.