Gəncədə 20 yaşlı qız oğurlanıb

Hadisə
  • 29 oktyabr, 2019
  • 14:01
Gəncədə 20 yaşlı qız oğurlanıb

Gəncə şəhərində gənc qız qaçırılıb.

“Report”un xəbərinə görə, hadisə şəhərin Nizami rayonunda baş verib.

1999-cu il təvəllüdlü H.M (ad soy ad şərti) Ağsu rayon sakini T.Həşimov tərəfindən oğurlanıb. Bu barədə 20 yaşlı qızın atası Nizami Rayon Polis İdarəsinə müraciət edib.

Faktla bağlı araşdırmalar aparılır.