Gəncədə bənna və fəhlə iş zamanı yıxılaraq ağır xəsarət alıblar - YENİLƏNİB

Gəncədə bənna və fəhlə iş zamanı yıxılaraq ağır xəsarət alıblar - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
24 İyul , 2017 19:37
Gəncədə bənna və fəhlə iş zamanı yıxılaraq ağır xəsarət alıblar - YENİLƏNİB
Report

Gəncə. 24 iyul. REPORT.AZ/ Gəncədə bənna işləyən 40 yaşlı kişi hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Məhsəti qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini, 1977-ci il təvəllüdlü Hüseyn Əli oğlu Hüseynov bənna işlədiyi fərdi evdə hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Yaxınlıqdakıların köməyi ilə xəstəxanaya aparılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib və travmatologiya şöbəsində yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 17:34

Gəncə. 24 iyul. REPORT.AZ/ Gəncə şəhərində 20 yaşlı fəhlə yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Üç bulaq deyilən ərazisində, yol kənarındakı tikintidə baş verib. Həmin tikintidə fəhlə işləyən Yeni Gəncə qəsəbə sakini, 1997-ci il təvəllüdlü Nicat Fərrux oğlu Məmmədov iş zamanı hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi