Gəncədə 20 Yanvar fəciəsi qurbanlarının xatirəsi anılıb

Gəncədə 20 Yanvar fəciəsi qurbanlarının xatirəsi anılıb Gəncə şəhərində 20 Yanvar faciəsində Azərbaycanın suverenliyi uğrunda həlak olanların əziz xatirəsi yad edilib.
Hadisə
20 Yanvar , 2020 12:48
Gəncədə 20 Yanvar fəciəsi qurbanlarının xatirəsi anılıb

Gəncə şəhərində 20 Yanvar faciəsində Azərbaycanın suverenliyi uğrunda həlak olanların əziz xatirəsi yad edilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, şəhid ailələrinin yaxınları iştirak ediblər.

Niyazi Bayramov tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Mərasimdə iştirak edənlər tərəfindən şəhid məzarları ziyarət olunub, önünə gül dəstələri qoyulub və onların ruhuna dualar oxunub.

Avtomobillərin vasitəsi ilə səs siqnalları verilib və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Son xəbərlər

Orphus sistemi