Gəncədə 2 yeniyetmə qardaşı maşın vurub, onlardan biri ölüb - YENİLƏNİB

Gəncədə 2 yeniyetmə qardaşı maşın vurub, onlardan biri ölüb - YENİLƏNİB Gəncə. 1 noyabr. REPORT.AZ/ Gəncə şəhərində yeniyetmənin vurulması ilə bağlı xəbərin təfərrüatları ortaya çıxıb.
Hadisə
1 Noyabr , 2018 00:29
Gəncədə 2 yeniyetmə qardaşı maşın vurub, onlardan biri ölüb - YENİLƏNİB

Gəncə. 1 noyabr. REPORT.AZ/ Gəncə şəhərində yeniyetmənin vurulması ilə bağlı xəbərin təfərrüatları ortaya çıxıb.

"Report"un Qərb bürosunun xəbərinə görə, məlum olub ki, hamin hadisə zamanı vurulan Allahverdiyev Amin Ceyhun oğlunu tək yox, 2003-cü il təvəllüdlü qadaşı Allahverdiyev İslam Ceyhun oğlu ilə bir yerdə olub.

Onları maşın vurduqdan sonra hər 2 piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Lakin xəstəxanada müayinə zamanı qardaşlardan biri, İ.Allahverdiyevin öldüyü bilinib. Digər yaralı, A.Allahverdiyev isə ağır halda öncə Gəncə şəhər 2 nömrəli Uşaq Xəstəxanasına, daha sonra isə özəl xəstəxanaların birinə aparılıb.

Hadisəni törədən sürücünün saxlanıldığı bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


***22:58

Gəncə. 31 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 13-14 yaşlı Allahverdiyev Amin Ceyhun oğlunu avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb və ona tibbi yardım göstərilib. Yaralının hazırda yaxınları tərəfindən Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə aparılması planlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Yaşı dəqiq qeydə almadıqları üçün təxmini 13-14 yaşı olduğu bildirilir.

Bundan əvvəl Yevlaxda təkəri partlayan avtomobil aşaraq piyadanı vurub.

Son xəbərlər

Orphus sistemi