Gəncə. 31 yanvar. REPORT.AZ/ Gəncə şəhərində 2 fevral – Gənclər Günü qeyd edilib.
“Report”un Qərb bürosunun məlumatına görə, tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər. Öncə gənclər təşkilatlarının fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib. Niyazi Bayramov gəncləri bayram günü münasibətilə təbrik edib onlara xoş arzularını çatdırıb: "1996-cı ildə ulu öndər
Tədbirdə çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini vurğulayıb. O bildirib ki, ümumilikdə, şəhərdə gənclərin sayı 93 808 nəfərdir: "Bu isə şəhər əhalisinin 31%-ni təşkil edir. Gəncədə 3 universitet və 3 kollec fəaliyyət göstərir ki, burada da, ümumilikdə, 17 213 tələbə təhsil alır. Gəncədə 6 tələbə gənclər təşkilatı, 4 klub və 9 ictimai birlik fəaliyyət göstərir. Ötən il şəhərdə 165 tədbir və layihə reallaşdırılıb ki, burada da 22 mindən artıq gənc iştirak edib".
Gəncə şəhər Gənclər Evinin direktoru Amil Qurbanov qeyd edib ki, artıq iki ildir Gənclər Evi fəaliyyət göstərir: "Ölkədə olan gənclər evlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırmasına yardım göstərilməsindən ibarətdir. Bu istiqamətdə Gəncədə də bir sıra işlər icra olunur. Belə ki, Gəncə şəhər Gənclər Evində bu günə kimi 200-dən artıq tədbir reallaşıb. Burada gənclərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif dərnəklər, kurslar və klublar fəaliyyət göstərir".
Tədbirin sonunda Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına və Gənclər Günü münasibətilə bir sıra şəxslər Gəncə Şəhər İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif ediliblər.

