Gəncədə 18 yaşlı oğlan bıçaqlanıb

Hadisə
  • 06 iyun, 2018
  • 16:30
Gəncədə 18 yaşlı oğlan bıçaqlanıb

Gəncə. 6 iyun. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü Rauf Cabir oğlu Cəfərov 2 bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb. 

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.