Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB-2

Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB-2 Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirən şəxs saxlanılıb.
Hadisə
15 Noyabr , 2019 23:16
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb  - YENİLƏNİB-2

Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirən şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən Salyan şəhər sakini, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Orucov polis əməkdaşları tərəfindən yaxalanıb.

Qeyd edək ki, Z.Orucov şəhərin Zülfü Hacıyev küçəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Vəfa qızı Quliyevanı şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.


*** 21:46

Gəncə şəhərində arvadını bıçaqlayaraq qətlə yetirən şəxsiyyəti açıqlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, Salyan şəhər sakini, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Orucovdur. Onun ailə münaqişəsi zəmnində arvadı ilə mübahisə etdiyi və bu zaman üstündə gətirdiyi bıçaqla ona bir neçə zərbə vuraraq öldürdüyü bildirilir. 

Hadisədən sonra Z.Orucov qaçaraq gizlənib. Onun axtarışlarına başlanılıb. 

Qadının meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib. 


***20:59

Gəncə şəhərində qadın əri tərəfindən öldürülüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb. 

Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Nuranə Quliyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi