Gəncə sakini kəsici alətlə özünə xəsarət yetirib

Hadisə
  • 16 dekabr, 2018
  • 19:20
Gəncə sakini kəsici alətlə özünə xəsarət yetirib
Foto: Report.az

Gəncə. 16 dekabr. REPORT.AZ/ Gəncə şəhərində sərxoş kişi özünü yaralayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Vasif Əliyev sərxoş halda kəsici alətlə sol qolunun damarını kəsərək özünə xəsarət yetirib. Yaralı yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.