Gəncə sakini həmyerlisini tüfənglə vurub
Hadisə
- 20 oktyabr, 2016
- 08:15
Bakı. 20 oktyabr. REPORT.AZ/ Gəncə şəhər sakini həmyerlisinə tüfəngdən atəş açaraq xəsarət yetirib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə oktyabrın 17-də şəhərin Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini Röyal İsmayılov həmyerlisi Mətləb Həsənzadəyə tüfənglə atəş açaraq ona xəsarət yetirib.
Nizami (Gəncə) Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsmayılov saxlanılıb. Onun evinin həyətindəki yardımçı tikiliyə baxış keçirilən zaman oradan hadisəni törədərkən istifadə etdiyi, lüləsi və qundağı kəsilmiş "TOZ-16" markalı tüfəng aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
04:04
"SpaceX" şirkəti "O3b mPOWER"in üç peykini orbitə çıxarıb
İKT03:43
ABŞ İranın blokadası çərçivəsində 101 ticarət gəmisini yönləndirib
Digər ölkələr03:19
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
Digər ölkələr02:51
Tramp Ağ Evin mətbuat katibi işini Rubio və Bessentə tapşırıb
Digər ölkələr02:20
İraqdakı müəssisədə ammonyak sızması zamanı iki nəfər ölüb
Digər ölkələr01:55
Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib
Region01:27
"Exit-poll": İsveç müxalifəti parlamentdə yerlərin əksəriyyətini əldə edir - YENİLƏNİB
Digər ölkələr01:10
Tramp İrlandiya viskisinə rüsumların ləğv ediləcəyini açıqlayıb
Digər ölkələr00:40