Gəncə sakini bıçaqlanaraq yol kənarına atılıb

Gəncə sakini bıçaqlanaraq yol kənarına atılıb
Hadisə
121
17 Sentyabr , 2018 21:26
Gəncə sakini bıçaqlanaraq yol kənarına atılıb

Gəncə. 17 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 30 yaşlı Yusibov Orxan Rövşən oğlu şəhərin Məhsəti qəsəbəsindən keçən yolun kənarında aşkar edilib.

Qarın nahiyəsində bıçaq xəsarəti olan kişi ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

O, dərhal əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. O.Yusibovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.