Gəncə sakini bacanağı tərəfindən bıçaqlanıb

Hadisə
  • 02 iyul, 2017
  • 07:15
Gəncə sakini bacanağı tərəfindən bıçaqlanıb

Gəncə. 2 iyul. REPORT.AZ/ Gəncə şəhərinin Dəllər bazarında bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İbrahimov Etibar Musa oğlu mübahisə zəminində bacanağı tərəfindən bıçaqlanıb.

O, ağır xəsarət alaraq Gəncə Şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib. Yaralı əməliyyat olunub.

Hazırda hadisənin hansı şəraitdə törədildiiyi araşdırılır.