Yuxarı

Gənc oğlan 33 yaşlı kişini bıçaqlayıb

İlkin Abdullayev könüllü olaraq polis bölməsinə gedib

Bakı. 6 avqust. REPORT.AZ/ Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, rayonun Qum adası qəsəbəsində qəsəbə sakini 1991-ci il təvəllüdlü İlkin Abdullayev 1983-cü il təvəllüdlü Abbas Orucovun qol və döş nahiyəsinə iki bıçaq xəsarəti yetirib.

A.Orucov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İ.Abdullayev isə könüllü olaraq polis bölməsinə gedib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi