Gədəbəydə yol qəzası zamanı 2 nəfər ölüb - YENİLƏNİB

Hadisə
  • 26 avqust, 2018
  • 20:10
Gədəbəydə yol qəzası zamanı 2 nəfər ölüb - YENİLƏNİB

Gədəbəy. 26 avqust. REPORT.AZ/ Gədəbəy rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində iki nəfər - 2002-ci il təvəllüdlü Zəhmət kənd sakini Əliyev Təbriz Pənah oğlu və 1998-ci il təvəllüdlü Xarxar kənd sakini Abdullayev Samir Teymur oğlu hadisə yerində ölüb.

Avtomobildə olan 2001-ci il təvəllüdlü Rəşad Rəhimov isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


***23:42

Gədəbəy. 25 avqust. REPORT.AZ/ Gədəbəy rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un yerli bürosunun məlumatına görə, hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. 

Hadisə nəticəsində avtomobildə olan şəxslərdən 2 nəfər ölüb, 1-i isə yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. 


***23:19

Gədəbəy. 25 avqust. REPORT.AZ/ Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun xəbərinə görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb. 

Hadisə zamanı ölən və yaralananların olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.