Gədəbəy. 13 may. REPORT.AZ/ Gədəbəy rayonunda qohumlar arasında dava düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun 2002-ci il təvəllüdlü Maarif kənd sakini Sarıyev Elşən Ümid oğlu bacısının qayınatası tərəfindən döyülüb.
O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Mübahisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.