Gədəbəydə gənc qadının bıçaqlanmasının təfərrüatları məlum olub

Gədəbəydə gənc qadının bıçaqlanmasının təfərrüatları məlum olub Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub.
Hadisə
25 Sentyabr , 2020 23:05
Gədəbəydə gənc qadının bıçaqlanmasının təfərrüatları məlum olub

Gədəbəy rayonunda 28 yaşlı qadının keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Qurudərə kənd sakini, 1992-ci il təvəllüdlü Zülfiyyə Məsimova yaşadığı Bakı şəhərindən ata evinə qonaq gəlib. Bu zaman onun 6 il əvvəl boşandığı keçmiş həyat yoldaşı ilə aralarında mübahisə yaranıb. Nəticədə qadın keçmiş həyat yoldaşı tərəfindən döyülüb, qolu sındırılıb, qarnından və kürəyindən bıçaqlanıb.

Bu hadisə onların 10 yaşlı oğlunun gözləri qarşısında baş verib.

Hadisəyə qadının keçmiş həyat yoldaşının övladını görməsinə icazə verməməsi səbəb olub.

Z.Musayevanın uzun müddətdir, Bakı şəhərində gözəllik salonların birində çalışdığı bildirilir.

Qadının yaxınlarının sözlərinə görə, Z.Məsimovanın keçmiş həyat yoldaşı ona dəfələrlə hədə-qorxu gələrək qadından kəndə gəlməməsini tələb edib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.

21:22

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1992-ci il təvəllüdlü Zülfiyyə Məsimova bıçaq xəsarəti alıb. O, qarın və kürək nahiyəsindən bıçaq xəsarətləri alıb. 

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi