Gədəbəydə maşın yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb

Gədəbəydə maşın yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb Hadisə rayonun Zəhmət kəndində baş verib
Hadisə
20 May , 2018 09:29
Gədəbəydə maşın yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb

Gədəbəy. 20 may. REPORT.AZ/ Gədəbəy rayonunun Zəhmət kəndində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü kənd sakini Hüseynov Səməd Məhəmməd oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sürücü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi