Bakı. 22 avqust. REPORT.AZ/ Gədəbəy rayonu ərazisində silah-sursat aşkarlanıb.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, sursatlar rayonun Pirbulaq kəndi ərazisində tapılıb.
Belə ki, həmin kəndin ərazisində 18 ədəd “F-1” qumbarası, 6 ədəd müxtəlif tipli raket, 10 ədəd trotil şaşka, 9 ədəd patron darağı, 840 ədəd avtomat patronu, 1 ədəd reaktiv mühərriki, 10 ədəd partlayıcı və digər hərbi sursat aşkar edilərək ANAMA əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı araşdırma aparılır.